• Bakı 9° C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Prezident Şoltsla görüşdə Zəngəzur dəhlizindən DANIŞDI

SİYASƏT

14 Mart 2023 | 17:47

Prezident Şoltsla görüşdə Zəngəzur dəhlizindən DANIŞDI

Prezident İlham Əliyev Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşü zamanı Zəngəzur dəhlizi məsələsinə də toxunub.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev dəhlizin bütün region üçün alternativ dəhliz yarada biləcəyini diqqətə çatdırıb.

Eyni zamanda, vurğulanıb ki, Ermənistan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmaqla, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olur.

Almaniya Prezidenti verilmiş ətraflı məlumatlara görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.

Görüş zamanı regional və qlobal məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR