• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Əliyev: Azərbaycan Bosniya və Herseqovinaya sərmayə qoymaqda maraqlıdır

SİYASƏT

13 Aprel 2023 | 16:49

Əliyev: Azərbaycan Bosniya və Herseqovinaya sərmayə qoymaqda maraqlıdır

Strateji tərəfdaşlıq əlaqələri xüsusi əlaqələrdir, bu, hər iki ölkə üzərinə çox böyük məsuliyyət qoyur. Biz bu məsuliyyətə hazırıq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç ilə birgə mətbuata bəyanatla çıxışı zamanı deyib.

“Əminəm ki, Bosniya və Herseqovina və Azərbaycan, sözün əsl mənasında, strateji tərəfdaşlar kimi bundan sonra birgə fəaliyyət göstərəcək. Əməkdaşlığın digər istiqamətləri ilə bağlı onu deyə bilərəm ki, ticarət dövriyyəsinin artırılması məsələsi gündəlikdədir. Biz xahiş etdik ki, bizə konkret investisiya layihələri təqdim edilsin. Biz bu layihələrə baxaq, onları incələyək və qısa müddət ərzində öz cavabımızı verək. Biz ölkənizə sərmayə qoymaqda maraqlıyıq”, - Prezident vurğulayıb.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026