• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Prezidentdən Mədət Quliyevlə bağlı FƏRMAN

CƏMİYYƏT

28 Dekabr 2023 | 16:11

Prezidentdən Mədət Quliyevlə bağlı FƏRMAN

İnzibati və yardımçı vəzifələrin təsnifat toplusuna dəyişiklik edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında” 2003-cü il 4 avqust tarixli 911 nömrəli, “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli, “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 11 sentyabr tarixli 829 nömrəli fərmanlarında və “Ezamiyyə xərclərinin 1 günlük normalarına əlavələrin və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısının təsdiq edilməsi barədə” 2008-ci il 10 mart tarixli 2715 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Fərmanında əksini tapıb.

Dəyişikliklə Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini dövlət orqanlarında inzibati vəzifələr siyahısına daxil edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibinin müavini Mədət Quliyevdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026