• Bakı 16° C

    10.32 m/s

  • USD - 1.7

    EUR - 1.8224

    RUB - 0.0183

Sabunçuda 34 yaşlı kişi qətlə yetirilib

HADİSƏ

20 Aprel 2024 | 10:34

Sabunçuda 34 yaşlı kişi qətlə yetirilib

Aprelin 20-də saat 8 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 1990-cı il təvəllüdlü Etibar Salamzadənin almış olduğu kəsilmiş-deşilmiş xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, araşdırmalarla 1985-ci il təvəllüdlü Elşən Məmmədovun rayonun Bakıxanov qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Etibar Salamzadəyə bıçaqla xəsarət yetirməsi və sonuncunun həmin xəsarət nəticəsində müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Elşən Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.


SON XƏBƏRLƏR