• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ağdamda toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs olunub

HADİSƏ

03 May 2024 | 09:09

Ağdamda toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs olunub

Ağdamda toy karvanında avtoxuliqanlıq edən 5 sürücü inzibati məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində toy karvanında avtoxuliqanlıq hərəkətləri edərək digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükə yaradan 5 sürücü saxlanılıb.

    Onların idarələrində olan avtomobillər isə müvəqqəti duracağa yerləşdirilib.

    Saxlanılan sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

    Qərara əsasən onlardan 2 nəfər barəsində inzibati qaydada 15 sutka həbs, digərlərinə isə cərimə növündə tədbir tətbiq olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    24 Noyabr 2026