Putin və Ərdoğan uzun müddət təkbətək danışıblar.
Bakıvaxtı.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Astanada keçirilən Rusiya-Türkiyə liderlərinin danışıqlarını şərh edərkən deyib.
O qeyd edib ki, Putin və Ərdoğan görüşdə Rusiya-Ukrayna məsələsinin nizamlanması mövzusunu müzakirə etməyiblər.
Kremlin sözçüsü Türkiyənin yeni qaz qovşağının yaradılması təklifinə çox müsbət reaksiya verdiyini, maraq göstərdiyini də söyləyib.











jpg-1668233512.webp)




