"Ərdoğan Ukrayna ilə bağlı bir çox məsələdə, o cümlədən əsir mübadiləsində əsas rol oynadı. Ona görə də ona minnətdarıq".
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, taxıl dəhlizinin açılmasında Ərdoğanın da əməyi olub: "Amma təəssüf ki, taxıl kasıb ölkələrə getmir. Dünən onunla bu məsələni də danışdıq”.
Putin qeyd edib ki, əvvəllər rəsmi Kiyev danışıqlar tələb edirdi, indi deyirlər ki, rəsmi qərar qəbul ediblər və danışıqlara getməyəcəklər: "Biz İstanbulda müəyyən razılaşmalar əldə etdik, lakin rus əsgərləri Kiyevdən uzaqlaşanda onların danışıqlar aparmaq istəyi itdi", - Putin bildirib.
Nuranə Daxilqızı
















