• Bakı 24° C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Putin Hindistana gedəcək

DÜNYA

18 Yanvar 2025 | 09:35

Putin Hindistana gedəcək

Hindistan rəhbə.rliyi Rusiya prezidenti Vladimir Putinin 2025-ci ildə Dehlidə keçiriləcək illik Rusiya-Hindistan sammitində iştirak edəcəyini gözləyirlər, lakin səfərin tarixi hələ məlum deyil.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval bildirib.

"Putinin səfərinə gəlincə, bəli, gözlənilir. Ənənəyə uyğun olaraq, bu il biz illik sammiti Hindistanda keçirməliyik", - Caisval brifinqdə deyib.

Onun sözlərinə görə, sammitin tarixi və müvafiq olaraq Putinin səfəri Hindistan və Rusiya hakimiyyət orqanları tərəfindən “diplomatik kanallar vasitəsilə” müzakirə olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026