• Bakı 13° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Putin İran prezidenti ilə danışdı

DÜNYA

26 Iyun 2023 | 16:05 | Müəllif: Subhan Mahmudov

Putin İran prezidenti ilə danışdı

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.

Məlumata görə, İran rəhbəri iyunun 24-də Rusiyadakı silahlı üsyana cəhdlə bağlı Rusiya rəhbərliyinə tam dəstəyini ifadə edib.

Bundan əlavə, tərəflər ticarət, energetika və nəqliyyat sahəsində razılaşmaların praktiki həyata keçirilməsini vurğulamaqla Moskva və Tehran arasında gələcək inkişaf perspektivlərini müzakirə ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026