• Bakı 21° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Qanunsuz ov edən ərəblər SAXLANILDI

HADİSƏ

21 Oktyabr 2021 | 19:16

Qanunsuz ov edən ərəblər SAXLANILDI

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Biləsuvar rayonu ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, təqsirkarların 99-UL-996 dövlət nömrə nişanlı “Toyota” markalı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildən ovlanmış 4 çobanaldadan quşu aşkar edilərək götürülüb.

Araşdırma zamanı qanunsuz ov edənlərin Birləşmiş Ərəb Əmirliyi vətəndaşları Rashed Ghareeb Rashed Darwish Almansoori, İbrahim Ghareeb Rashed Darwish Almansoori, Mohamed Rashed Ghareeb Rashed Almansoori olduğu müəyyən edilib və hər biri 2000 manat məbləğində cərimə olunub.

Xidmət rəsmisi xarici ölkə vətəndaşları barəsində qanunamüvafiq tədbir görülməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə məktub hazırlandığını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026