Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul Rusiyaya səfərini Kişinyovda keçirilən məhkəmə prosesi ilə əlaqədar yarımçıq qoyub.
Bakıvaxtı.az bildirir ki, bu barədə Qutsul jurnalistlərə açıqlamasında deyib.
"Bu gün Sankt-Peterburqda keçirilən Avrasiya Qadınlar Forumunda çıxış etməli idim, amma məhkəmə iclası olduğundan geri uçmalı oldum, çünki bircə görüşü buraxmağa haqqım yoxdur", - Qutsul bildirib.
Qeyd edək ki, Yevgeniya Qutsul siyasi partiyanın maliyyələşdirilməsində qanun pozuntularında ittiham olunur.