• Bakı C

    6.09 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Qara dənizə dağılan neftin həcmi açıqlandı

HADİSƏ

02 Yanvar 2025 | 22:09

Qara dənizə dağılan neftin həcmi açıqlandı

Təxminən 2,4 min ton neft məhsulu Qara dənizə axıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin mətbuat xidməti yayıb.

Nazirlik, həmçinin Kerç boğazı ərazisində baş verən bu hadisənin dünyada M100 markalı ağır mazut ilə bağlı ilk qəza olduğunu qeyd edib. Bu səbəbdən, neftin aradan qaldırılmasının əsas yolu, mazutun sahil xəttinə atılaraq toplanmasıdır.

Qeyd edək ki, ötən ilin 15 dekabrında "Volgoneft-212" və "Volgoneft-239" tankerləri batıb. Bir dənizçi həlak olub, qalanları təxliyə edilib. Fövqəladə hallar xidmətlərinin məlumatına görə, tankerlər təxminən 9,2 min ton mazut daşıyırmış. Fəlakət nəticəsində Qara dəniz ərazisində neft məhsullarının sızması baş verib və nəticələrinin aradan qaldırılması ilə bağlı işlər aparılır.Axar.az


SON XƏBƏRLƏR

04 Yanvar 2025