• Bakı 14° C

    2.59 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

"Qarabağ" Avropada  3 komandadan biridir

İDMAN

24 Oktyabr 2022 | 09:35

"Qarabağ" Avropada 3 komandadan biridir

Cari mövsüm bu günədək Avropada yerli liqalarda keçirdikləri bütün matçlarda qələbə qazanan komandaların sayı 3-ə enib.

Bakıvaxtı.az xəbər verir ki, siyahıda "Qarabağ" da yer alıb.

"Köhlən atlar" Azərbaycan Premyer Liqasındakı ilk 10 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib. Ölkə çempionunun III turda "Turan Tovuz"la görüşü isə noyabrın 9-na təxirə salınıb.

Lüksemburqda "Düdelanj" (10), Yunanıstanda isə "Panatinaikos" (9) çempionatdakı bütün matçlarını qələbə ilə başa vurub.

Ukrayna çempionatının VIII turda "İnqulets"lə 2:2 hesablı heç-heçə edən "Dnepr-1" siyahıdan kənarda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026