• Bakı 23° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

“Məyus oldum, bəhanə yoxdur" - Messi

İDMAN

22 Noyabr 2022 | 20:17 | Müəllif: Subhan Mahmudov

“Məyus oldum, bəhanə yoxdur" - Messi

Argentina millisinin futbolçusu Lionel Messi DÇ-2022-nin qrup mərhələsinin ilk turunda Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bildirib.

Bakıvaxtı.az qol.az-a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu deyib: "Heç bir bəhanə yoxdur. Biz həmişəkindən daha çox birləşəcəyik. Bu komanda güclüdür və bunu göstərəcəyik. Bu, çoxdandır rastlaşmadığımız vəziyyətdir. İndi Argentina millisi əsl komanda olduğumuzu nümayiş etdirməlidir.

Səhvlərimizi düzəltməli və məqsədə çatmağa çalışmalıyıq. Mən yaxşıyam, amma nəticədən məyus oldum".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026