• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Sumqayıt" Rusiya klubu ilə qarşılaşacaq

İDMAN

21 Dekabr 2022 | 20:17 | Müəllif: Subhan Mahmudov

"Sumqayıt" Rusiya klubu ilə qarşılaşacaq

"Sumqayıt"ın Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri müəyyənləşib.

Bakıvaxtı.az-ın məlumatına görə, "gənclik şəhəri" təmsilçisi Rusiyanın "Krılya Sovetov" klubu ilə qarşılaşacaq. Görüş yanvarın 17-nə planlaşdırılıb.

Premyer Liqada mübarizə aparan Samara təmsilçisi 17 turdan sonra 20 xalla 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Sumqayıt" yanvarın 5-dən 18-dək Lara bölgəsində hazırlıq keçəcək. Komandanın digər sınaq matçı yanvarın 12-nə nəzərdə tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR