• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiyalı atlet Olimpiadanın qızıl medalından məhrum edildi

İDMAN

21 Dekabr 2022 | 21:27 | Müəllif: Subhan Mahmudov

Rusiyalı atlet Olimpiadanın qızıl medalından məhrum edildi

400 metr məsafəyə maneələrlə qaçış üzrə Olimpiya çempionu Natalya Antyux antidopinq qaydalarını pozduğuna görə 2012-ci il Olimpiya qızılından məhrum edilib.

Bakıvaxtı.az xəbər verir ki, Rusiyalı idmançı ilə bağlı qərarı bu gün Beynəlxalq Olimpiya Komitəsi (BOK) verib.

İdmançının 15 iyul 2012-ci ildən 29 iyun 2013-cü il tarixədək göstərdiyi nəticələr ləğv edilib. Onun apelyasiya şikayəti verməyəcəyi bildirilib.

Hazırda qızıl medal amerikalı Laşinda Demusa verilməlidir.

Xatırladaq ki, Antyux və digər rusiyalı idmançı Andrey Silnov antidopinq qaydalarını pozduqlarına görə 4 il müddətinə diskvalifikasiya olunublar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026