• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Argentina  dünya rekordunu təkrarlaya bilmədi

İDMAN

22 Noyabr 2022 | 16:45

Argentina dünya rekordunu təkrarlaya bilmədi

Argentina millisinin məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

Bakıvaxtı.az xəbər verir ki, Cənubi Amerika təmsilçisi Qətərdə keçirilən dünya çempionatının ilk oyununda Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə məğlub olaraq dünya rekordunu təkrarlamaq şansını əldən verib.

Lionel Skaloninin yetirmələrinin 36 matçlıq məlubiyyətsizlik seriyasına son qoyulub. Bununla Lionel Messi və komanda yoldaşları rekordçu İtaliyanın 37 oyunluq uğurunu təkrarlaya bilməyib. Argentina yığması buna qədər sonuncu dəfə 2019-cu ildə Braziliyaya 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, Argentina qrupda növbəti oyununu noyabrın 26-da Meksikaya qarşı keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR