• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

DÇ-2022: Argentina millisi ilk oyunda məğlub oldu - YENİLƏNİB

İDMAN

22 Noyabr 2022 | 16:10 | Müəllif: Subhan Mahmudov

DÇ-2022: Argentina millisi ilk oyunda məğlub oldu - YENİLƏNİB

Futbol üzrə Argentina millisi Qətərdə keçirilən dünya çempionatının C qrupunda ilk matçında çıxıb. 

Bakıvaxtı.az xəbər verir ki, Lionel Skaloninin baş məşqçi olduğu komanda I turunda Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib. 

Qarşılaşma Asiya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. Görüşdə hesabı cənubi amerikalılar açıblar. 10-cu dəqiqədə Lionel Messi penaltini dəqiq yerinə yetirib. İkiqat dünya çempionu fasiləyə öndə yollanıb.

Səudiyyə Ərəbistanı yığması fasilədən sonra gözlənilmədən iki qol vurub. 48-ci dəqiqədə Saleh Al Şehri tarazlığı bərpa edib. 53-cü dəqiqədə Salem Al Davsari komandasını önə keçirib. 

Beləliklə, Argentina DÇ-2022-yə məğlubiyyətlə start verib. Qrupun digər oyununda Meksika və Polşa yığmaları münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

 

15:21

Qətərdəki dünya çempionatında Argentina və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun ilk tur oyununda ikinci qol vurulub. 

Bakıvaxtı.az xəbər verir ki, Səudiyyə Ərəbistanı hesabda önə keçib - 2:1. 

53-cü dəqiqədə Salem Al Davsari fərqlənib. 

 

15:17

Qətərdəki dünya çempionatında Argentina və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun ilk tur oyununda ikinci qol vurulub. 

Bakıvaxtı.az xəbər verir ki, Səudiyyə Ərəbistanı millisi bərabərlik qolunu vurub. 

48-ci dəqiqədə Saleh Al Şehri fərqlənib. 
 

 

15:12

Qətərdəki dünya çempionatında Argentina və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun ilk tur oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Cənubi Amerika təmsilçisi 1:0 hesabı ilə öndədir. 

Yeganə qolu 10-cu dəqiqədə penaltidən Lionel Messi vurub. 

 

14:55

Qətərdəki dünya çempionatında Argentina və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun ilk tur oyununda birinci hissə başa çatıb. 

Bakıvaxtı.az xəbər verir ki, Cənubi Amerika təmsilçisi fasiləyə öndə yollanıb - 1:0. 

Yeganə qolu 10-cu dəqiqədə penaltidən Lionel Messi vurub. 

 

14:20

Qətərdəki dünya çempionatında Argentina və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun ilk tur oyununda hesab açılıb. 

Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşmanın 10-cu dəqiqəsində Lionel Messi penalti zərbəsi ilə Argentinanı hesabda önə çıxarıb. 

***14:00

Qətərdəki dünya çempionatında Argentina və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun ilk tur oyunu başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşma saat 14:00-da start götürüb.

***12:46

Qətərdə keçirilən dünya çempionatının C qrupunun ilk turunda üz-üzə gələcək Argentina və Səudiyyə Ərəbistanı yığmalarının start heyətləri açıqlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar

Argentina: 23. Emiliano Martinez (q), 26. Molina Nahuel, 13. Kristian Romero, 19. Nikolas Otamendi, 3. Nikolas Talyafiko 7. Rodriqo De Paul, 5. Leandro Paredes, 17. Papu Qomez - 10. Lionel Messi (k), 22. Lautaro Martinez, 11. Anxel Di Mariya.

Səudiyyə Ərəbistanı: 21. Məhəmməd Əl-Ovais (q), 4. Saud Abdulhamid, 17. Hassan Tambakti, 5. Əli Al Boleahi, 13. Yasser Al Şahrani, 23. Məhəmməd Kanno, 8. Abdullah Al Malki, 7. Salman Al Faraj (k), 10. Salem Al Davsari. 11. Saleh Al Şehri

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026