• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Qarabağ” klubu 4000 manat cərimələnib

İDMAN

11 Mart 2022 | 16:07 | Müəllif: Subhan Mahmudov

“Qarabağ” klubu 4000 manat cərimələnib

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XVIII turunda baş verənlər müzakirə olunub.

“Neftçi” – “Səbail” oyununda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat cərimə olunub.

“Qarabağ” – “Qəbələ” matçında meydan sahiblərinin azarkeşləri tərəfindən kütləvi şəkildə hakimin ünvanına təhqiramiz ifadələr işlədilib. Bu üzdən Ağdam klubu 4000 manat cərimələnib. Qonaqların azarkeşləri tərəfindən stadiondakı əmlaka zərər vurulduğuna görə dəymiş zərər “Qəbələ” klubu tərəfindən qarşılanacaq.

“Keşlə” – “Sabah” qarşılaşmasında 5 oyunçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 800 manat ziyana düşüb. “Sabah”ın qapıçısının formasında qüsur olduğundan oyun gec başlandığı üçün klub 800 manat ödəyəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026