• Bakı 15° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

“Qarabağ” növbəti qələbəsini qazandı

İDMAN

13 Mart 2021 | 20:21

“Qarabağ” növbəti qələbəsini qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib.

Bakıvaxtı.az xəbər verir ki, turun açılış matçında "Qarabağ" sonuncu pillədə qərarlaşan "Sabah"ı qəbul edib.

"Azərsun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində Filip Ozobiç 15-ci dəqiqədə penaltidən yararlana bilməyib. 30 yaşlı xorvatiyalı yarımmüdafiəçi 42-ci dəqiqədə hesabı açmağa müvəffəq olub. 73-cü dəqiqədə isə Mahir Emreli fərqi iki topa çatdırıb.

"Qarabağ" qələbə sayəsində 42-ci xalını qazanıb və bir günlük də olsa vahid olub. "Sabah" isə 16 xalla sonuncudur.

Qeyd edək ki, günün digər oyununda "Sumqayıt" "Keşlə" ilə qarşılaşacaq. Turun 2 görüşü martın 14-də oynanılacaq. "Qəbələ" "Zirə"ni, "Neftçi" "Səbail"i qəbul edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Oktyabr 2026