Son zamanlarda Azərbaycanın Ordusunun mövqeləri intensiv atəşə tutulur.
Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri və Ermənistan-Azərbaycan şərti sərhədindən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan atəşə tutulub.
“Sülhməramlı kontingentin fəaliyyət göstərdiyi ərazilərdə Azərbaycan ərzisini atəşə tutulması iki məsələdən xəbər verir: ya sülhməramlılar Qarabağdakı vəziyyətə nəzarət edə bilmirlər, ya da ki bu atəşkəs məqsədili şəkildə pozulur və Azərbaycana təzyiq etmək məqsədi daşıyır”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
O qeyd edib ki, həm sülhməramlı missiya, həm də Ermənistan silahlı qüvvələrinin tör-tökündüsü və qalıqları anlamalıdır ki, Azərbaycan bu məsələlərə uzun müddət səbr və dözüm nümayiş etdirməyəcək: “Sülhməramlı kontingenti ya üzərinə düşən vəzifəsini öhdəsindəsincə layiqincə gəlməlidir. Yenədə bunu bacarmırsa, ərazilərimizi tərk etsin biz özümüz necə burda qayda qanunun yarada bilərik, burda necə prosesləri tənzimləyə bilərik onu gözəl bilirik.
Ona görədə bu oyunlara son qoyulmalıdır. Azərbaycan ərazisinin davamlı atəş altında saxlanılması dayandırılmalıdır və bu kimi addımlar atılmamalıdır. Yəni bu cür cəhdlər Rusiya-Azərbaycan münasibətlərinə də xələl gətirir”.
Deputat deyib ki, əgər Ermənistan Azərbaycan ərazilərini atəş altında saxlayacaqsa və Azərbaycanın buna cavabı hədindən artıq sərt və kəskin olacaq: “Ordumuzun mövqelərinin atəşə tutulması o deməkdir ki, Qarabağda antiterror əməliyyatının keçirməyin vaxtı gəlibdir və bu əməliyyatların keçirilməsi artıq qaçılmazdır. Ərazilərimizin atəş altında saxlanılması yol verilməz və qəbul edilməzdir”.
Ramid İbrahimov
















