• Bakı 28° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.9628

    RUB - 2.3656

“Qarabağ”ın növbəti transferi kimdir? - Bakıya gəldi

İDMAN

21 May 2026 | 16:02

“Qarabağ”ın növbəti transferi kimdir? - Bakıya gəldi

“Qarabağ” transfer edəcəyi növbəti futbolçunun adına aydınlıq gəlib. 

Bakıvaxtı.az xəbər verir ki, bu 26 yaşlı qambiyalı hücumçu Zakaria Savodur. 

Bu barədə Kiprin kerkida.net saytı məlumat yayıb. Futbolçunun artıq Bakıya yollandığı bildirilir. 

Mərkəz hücumçusu müqavilə ilə “Yurqorden”ə məxsusdur. O, yanvar ayından AEL(Limassol) klubunda icarə əsasında çıxış edir. İsveçdə dünyaya gəlmiş Qambiya əsilli hücumçu “Qarabağ”da oynamaq istədiyi üçün ölkəmizə gəlməyə razı olub.

“Qarabağ” “Yurqorden”in istədiyi məbləği ödəyərək, onu transfer edəcək. Savo karyerası ərzində “BK Olimpik”, “Oskarshamns”(hər ikisi İsveç), “Start”(Norveç) klublarında oynayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Iyun 2026