Qazaxıstanda terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə respublikanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hadisə Aktau şəhərində qeydə alınlıb. Təhlükəsizlik qüvvələri saxlanılan şəxsin radikal dini ideologiyanın tərəfdarı olduğunu qeyd edir.
Bundan əlavə, onun evində dağıdıcı elementləri olan partlayıcı qurğunun hazırlanması üçün komponentlər aşkar edilib.
Mina Mikayılova
















