• Bakı 24° C

    7.66 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

“Qazprom”  hasilatı  azaltdı

DÜNYA

03 Oktyabr 2022 | 15:05

“Qazprom” hasilatı azaltdı

Bu ilin ilk doqquz ayında Rusiyanın “Qazprom” şirkəti qaz hasilatını 17,1% azaldaraq, 313,3 mlrd. kubmetrə endirib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə “Qazprom” “Telegram” kanalında paylaşım edib.

"İlkin məlumatlara görə, 2022-ci ilin yanvar-sentyabr aylarında "Qazprom" 313,3 mlrd. kubmetr qaz hasil edib. Bu, ötən illə müqayisədə 17,1% (64,8mlrd. kubmetr) azdır", - paylaşımda bildirilir.

Qeyd edilir ki, “Qazprom” 2021-ci ildə 514,8 mlrd. kubmetr qaz hasil edib ki, bu da 2020-ci illə müqayisədə 62,2 mlrd. kubmetr çoxdur. Bu göstərici son 13 ilin ən yaxşı göstəricisi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026