• Bakı 24° C

    7.66 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

"Qəbələ" millimizlə qarşılaşacaq

İDMAN

17 Mart 2021 | 18:56

"Qəbələ" millimizlə qarşılaşacaq

“Qəbələ” Azərbaycan Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlıqlarına martın 18-də start verəcək.

Bakıvaxtı.az klubun rəsmi saytına istinadən xəbər verir ki, XX turun “Zirə” ilə görüşündən (1:1) sonra üç günlük istirahəti başa vuran “qırmızı-qaralar” məşqlərə sabah başlayacaq.

Komanda fasilə dövründə iki yoxlama oyununda qüvvəsini sınayacaq. Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv martın 25-də “Zirə” ilə üz-üzə gələcək. “Qəbələ” ikinci sınaq matçını 4 gün sonra keçirəcək. “Qırmızı-qaralar” Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması ilə qarşılaşacaq. U-21-lə görüş “Dalğa Arena”da baş tutacaq.

Xatırladaq ki, “Qəbələ” Premyer Liqada növbəti oyununu aprelin 4-də səfərdə “Sabah”a qarşı keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026