• Bakı 11° C

    0.34 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Qəbələdəki meşə yanğını söndürüldü - YENİLƏNİB

HADİSƏ

13 Avqust 2023 | 19:23 | Müəllif: Subhan Mahmudov

Qəbələdəki meşə yanğını söndürüldü - YENİLƏNİB

Qəbələ rayonunun Solquca kəndi yaxınlığında açıq ərazidə 3 ha sahədə kol-kos və quru ot yanıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***18:15

Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə yanğın başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, yanğın hadisəsi Qəbələ rayonunun Solquca kəndi yaxınlığında, dağlıq-meşəlik ərazidə qeydə alınıb.

Əraziyə Fövqaladə Hallar Nazirliyinin Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.

Hazırda yanğın davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR