• Bakı 8° C

    2.56 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Qərb "sovetləşir" - EKSPERT

 

CƏMİYYƏT

11 Avqust 2022 | 12:31

Qərb "sovetləşir" - EKSPERT

“Dünən Avropada 1000 m3 qazın qiyməti 2250 dollar oldu, AB ölkələri enerjidən istifadədə öz vətəndaşlarına çoxsaylı məhdudiyyətlər gətirir - hətta elektrik enerjisinin, qazın, suyun günün bəlli saatlarında kəsiləcəyini, məhdudiyyətlər olacağını söyləyib vətəndaşları buna hazırlayırlar”.

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

Ekspert qeyd edib ki, Rusiyanın Ukraynaya təcavüzü, rəsmi Moskvanın enerji daşıyıcılarından silah kimi, təzyiq vasitəsi kimi istifadə etməsi məlum məsələdir:

“Qərbin, əsas da AB ölkələrinin bu məsələlərdə hazırlıqsız yaxalanması öz günahları, öz səhvləridir. 2009-da zatən Rusiya qaz-neftdən silah kimi istifadə etmişdi, 2014-15 ci illərdə də AB yə problemlər yaratmışdı, amma Qərb bunları sanki görmürdü, duymurdu, hətta özü səhv, yanlış addımlar atırdı. Məsələn bərpaolunan enerjiyə çox güvəndilər - problemlər çıxdı, alternativ mənbəələr hazırlamadan AES-nı bağladılar, atom enerjisini zərərli elan etdilər, amma sonra 2022-nin yanvarında qərara yenidın baxıb atom enerjisini "yaşıl" elan etdilər”.

N.Cəfərli bildirib ki, pandemiya adlı bəlanı isə o qədər zay, mənasız idarə etdilər ki, problemlər daha çox artdı, inflyasiya yüksəldi, tədarük zəncirləri qırıldı:

“Ukrayna böhranı da göz görə-görə gəldi - 2014-dən məlum idi ki, Rusiya Ukraynanı parçalayacaq, Krımı qopartdı, şərq və cənubu da qoparmağa çalışacaq. Yaxşı, Rusiya gərək vəhşiləşərdimi ki, Qərb milyardlarla dollar dəyərində silah-sursat verərdi Kiyevə?! Son 8 ildə Ukraynaya indi təmin etdikləri dəstəyi nədən vermirdilər?!”

Ekspert onu da bildirib ki, Qərb "sovetləşir" və bu, onu çox narahat edir:

“Avropada işıq-qaz-su problemləri, inflyasiya və kasıblıq artdıqca, azadlıqları müxtəlif bəhanələrlə daraldıqca Qərbdə radikal, millətçi (sözün pis mənasında), populist qruplar güclənəcək. Bir daha deyim ki, Qərbin ən güclü və ən zəif tərəfi eyni şeydi - hər ikisi demokratiya və seçkidir, sadəcə zamana və şəraitə görə bu bu amillər gah güclü, gah da zəif faktor olur. İndiki problemlər Qərbi zəiflədir, öz dəyər və prinsiplərindən uzaqlaşdırır, bu çox təhlükəli tendensiyadır, avtoritar sistemlərə qol-qanad verən prosesdir...”

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR