Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani beynəlxalq ictimaiyyəti Kahramanmaraşdakı zəlzələlərdən sonra Türkiyə və Suriyaya dəstək olmağa çağırıb.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Qətəör əmiri bu çağırışı paytaxt Dohada keçirilən Birləşmiş Millətlər Təşkilatının Ən Az İnkişaf etmiş Ölkələr üzrə 5-ci Konfransında (EAGU-V) edib.
O, zəlzələlərdən sonra Suriyaya lazımi yardımların verilməsində gecikdiyini ifadə edib.
"Maraqlıdır, suriyalılara edilən yardımlar niyə gec çatdı? Suriyada baş verən humanitar faciədən siyasi məqsədlər üçün istifadə edilməsi qəbuledilməzdir", deyə əmir bildirib.
Nuranə
















