• Bakı 9° C

    10.22 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ruslar Baxmut-1 dəmiryol stansiyasını tutub?

DÜNYA

05 Aprel 2023 | 09:11 | Müəllif: Qalib İbrahimoğlu

Ruslar Baxmut-1 dəmiryol stansiyasını tutub?

Rus qoşunları Baxmut daxilində hücum əməliyyatlarını davam etdirir. Geolokasiya görüntüləri onların şəhərin cənub hissəsinə, Avanqard stadionuna yaxın əraziyə köçdüyünü göstərir.

Bakıvaxtı.az-ın unian-a istinadla məlumatına görə, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) son hesabatında deyilir. Analitiklər Vaqneritlərin Baxmut-1 dəmiryol stansiyasını ələ keçirdikləri barədə məlumatları təkzib ediblər. Qeyd olunur ki, bunun əyani sübutu yoxdur. ISW rusların Baxmutun mərkəzi hissəsini tutduğunu da təsdiqləmir.

Eyni zamanda, ekspertlərin qeyd etdiyi kimi, Ukrayna Silahlı Qüvvələrinin şəhərin qərb hissəsinə ikinci dərəcəli müdafiə xətlərinə çəkilməsi və "Vaqner"in kəşfiyyat hücumlarına cəmləşməsi Rusiya qoşunlarının əməliyyat tempinin müvəqqəti azalmasına səbəb olacaq.

Bundan əlavə, ekspertlərin fikrincə, rus qoşunları Avdiivka-Donetsk cəbhə xətti boyunca hücum əməliyyatlarını davam etdirib. Onların fikrincə, rus qoşunları Novobaxmutovkanın qərbində az irəliləyiş əldə ediblər.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026