• Bakı 23° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Paytaxtda terror törədildi: 8 ölü, 13 yaralı

DÜNYA

05 May 2023 | 08:38 | Müəllif: Qalib İbrahimoğlu

Paytaxtda terror törədildi: 8 ölü, 13 yaralı

Serbiyada silahlı hücum olub.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə paytraxt Belqrad yaxınlığındakı Mladenovaç şəhərində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobildən avtomat silahdan atəş açılıb. Nəticədə 8 nəfər ölüb, 13 nəfər yaralanıb.

Serbiya Daxili İşlər Nazirliyi təcavüzkarın əla keçirilməsi üçün “Qasırğa” adlı əməliyyata başlanıldığını bildirib.

Ölənlər arasında iki nəfərin şəxsiyyəti müəyyən edilib: Bu, 21 yaşlı polis əməkdaşı və onun kiçik bacısıdır.

Digər yeddi xəsarət alan şəxs əməliyyat üçün xəstəxanaya göndərilib. Yaralılar arasında uşaqlar da var.

Atəş aşan şəxsin hərbçinin oğlu 21 yaşlı Uroş B. olduğu güman edilir. Qeyd olunur ki, hadisəni törədən şəxs mühasirəyə alınsa da, o, təslim olmayaraq atəş açmağa davam edib.

Daxili işlər naziri Bratislav Qasiç hadisəni “terror aktı” kimi qiymətləndirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR