• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Türkiyə xaricində səs verən seçicilərin sayı açıqlandı

DÜNYA

05 May 2023 | 01:04 | Müəllif: Subhan Mahmudov

Türkiyə xaricində səs verən seçicilərin sayı açıqlandı

Türkiyə xaricində prezident və parlament seçkiləri üçün səs verən şəxslərin sayı 1 milyon 165 mini keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Ali Seçki Komissiyası məlumat yayıb.

İndiyədək ölkə xaricindəki seçicilərin 1 milyon 165 min 969 nəfəri səsvermə hüququndan istifadə edib.

Səsvermə mayın 14-də saat 17:00-da gömrük qapılarında, mayın 9-da isə xarici nümayəndəliklərdə başa çatacaq. Xaricdə seçici siyahısında qeydə alınmış seçicilər 24 saat ərzində səs verə bilərlər.

Məlumata görə, xaricdə ümumilikdə 3 milyon 416 min 98 seçici səs vermək hüququna malikdir. İlk dəfə səs verəcək seçicilərin sayı 277 min 646 nəfərdir.

 

Qeyd edək ki, Türkiyə xaricində səsvermə aprelin 27-də başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026