• Bakı 19° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Qırğızıstan-Tacikistan sərhədində vəziyyət gərginləşdi

DÜNYA

04 Iyun 2021 | 09:42

Qırğızıstan-Tacikistan sərhədində vəziyyət gərginləşdi

Qırğızıstan və Tacikistan sərhədində vəziyyət yenidən gərginləşib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

Nazirliyin məlumatına görə, bu gün Tacikistan tərəfi Çon-Alay bölgəsinin (Oş vilayəti) Unju-Bulak ərazisində sərhədin müəyyən olunmamış hissəsində konteyner quraşdırmağa başlayıb.

Qırğızıstan sərhədçiləri deyiblər ki, Tacikistan vətəndaşları onların 1 kilometrə qədər ərazisinə giriblər.

“Tacikistan tərəfdən hərbi və yüngül zirehli nəqliyyat vasitələrində hərbi personal toplanıb”, - deyə nazirikdən bildirilib.

Sərhəddə vəziyyət gərgindir. Qırğızıstan ordusu döyüşə tam hazırlıq vəziyyətinə gətirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026