• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Tacikistanda vaksinasiya məcburi oldu

DÜNYA

04 Iyul 2021 | 09:03

Tacikistanda vaksinasiya məcburi oldu

Tacikistanda yaşı 18-i keçmiş bütün vətəndaşlar üçün COVID-19 əleyhinə vaksinasiya məcburi olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tacikistanın “Xovar” Milli İnformasiya Agentliyi məlumat yayıb.

Qərar ölkədə koronavirusun yayılmasının qarşısını almaq və respublikada epidemiya əleyhinə tədbirləri gücləndirmək üçün yaradılan qərargah tərəfindən verilib.

Qərargahdan verilən məlumatda qeyd olunur ki, vaksinasiya dövlət hesabına aparılacaq, vətəndaşlar peyvənd olunmaq üçün qeydiyyatda olduqları tibb müəssisələrinə və ailə həkimlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, Tacikistan bu günə qədər koronavirus pandemiyasından yalnız 90 ölüm halı qeydə alınıb.

Ümumi yoluxma sayı isə 13 523 nəfər təşkil edib.  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR