Qırğızıstan Xarici İşlər Nazirliyi vətəndaşlara Rusiya Federasiyasının üç sərhəd bölgəsinə getməməyi tövsiyə edib.
Bakıvaxtı.az xəbər verir ki, müvafiq mesaj Qırğızıstan Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
Məlumata görə, Qırğızıstan hökuməti vətəndaşlarına Rusiyanın Ukrayna ilə həmsərhəd olan Belqorod, Bryansk və Kursk vilayətlərinə vəziyyətin gərginləşməsi ilə əlaqədar müvəqqəti olaraq səyahət etməmələrini məsləhət görüb.
Qeyd olunub ki, tövsiyə Kursk vilayətində federal səviyyəli fövqəladə vəziyyət rejiminin, habelə Belqorod vilayətində regional fövqəladə vəziyyət rejiminin tətbiqi ilə əlaqədar verilib.
Müvafiq yardım və ya məsləhət üçün zərurət yaranarsa həmvətənlərə respublikanın Moskvadakı diplomatik nümayəndəliyinə müraciət etmələri bildirilib.
Mina Mikayılova