Son günlər əhali arasında qızdırma və sancı ilə müşayiət olunan xəstəlik yayılıb. Apteklərdə hər gün yüzlərlə insan qarın ağrısı, qızdırma, baş ağrısına qarşı dərman alır.
Nədir bu xəstəliyin adı, qarşısını necə almaq olar?
Tibbi ekspert Rasif Bağırov Bakıvaxtı.az-a bildirib ki, uşaqlar və böyüklər arasında yayılan sancı və qızdırma nəticəsində çox vaxt diareya baş verir: “Son dövrlər apardığımız müşahidələr onu göstərir ki, bunlarla yanaşı, eyni zamanda, koronavirus xəstəliyi də özünü göstərir. Maraqlıdır ki, koronavirusa yoluxanların heç birində diareya müşahidə olunmur. Bu, yüngül virusdur. Xəstədə baş ağrıları, qarında diareya əlamətləri, sancılar, ürək bulanma və s. belə hallar müşahidə olunur. Yüngül preparatlar və antibiotiklə 4-5 günə terapiya etdikdə keçib gedir”.
Həkim vurğulayıb ki, hər bir xəstəlik insan orqanizmindən asılı olaraq ağırlaşa bilər: “Bu elə bir xəstəlikdir ki, qorunmaq üçün gərək maskadan istifadə edilsin ki, həmin virus orqanizmə daxil olub mikrobları oyadıb belə vəziyyət yaratmasın. Heç çox adam onu da istifadə etmir, düşünür ki, onsuz da, 3-4 günə keçib gedən şeydir”.
Aytac Aslan
















