• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

QMİ Həcc müqaviləsi imzaladı

CƏMİYYƏT

09 Yanvar 2023 | 15:30

QMİ Həcc müqaviləsi imzaladı

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 2023-cü il üçün Həcc müqaviləsi imzalayıb.

Bu barədə Bakıvaxtı.az-a QMİ-dən bildirilib.

Belə ki, Qafqaz Müsəlmanları İdarəsi sədrinin 1-ci müavini müfti Salman Musayevin başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə nazirliyinin dəvətilə bu ölkədə rəsmi səfərdədir.

İki tərəf arasında görüş və aparılan danışıqlar nəticəsində Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyi ilə QMİ arasında 2023-cü il mövsümü üçün Həcc müqaviləsi imzalanıb. Sənədi Səudiyyə Ərəbistanı tərəfindən nazir müavini Əbdülfəttah bin Süleyman Əl-Maşşat, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən isə müfti Salman Musayev imzalayıblar.


QMİ Həcc müqaviləsi imzaladıQMİ Həcc müqaviləsi imzaladı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026