• Bakı 28° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

BNA - dan hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

CƏMİYYƏT

08 Fevral 2023 | 14:28

BNA - dan hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Bakı Nəqliyyat Agentliyi (BNA) fevralın 9-da gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlığına əsasən hərəkət iştirakçılarını müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə BNA məlumat yayıb.

"Qarlı və şaxtalı hava şəraitində sürücülərə hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etmələrinə tövsiyə edirik. Həmçinin sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar. Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir", - BNA bildirir.

Sürücülər sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amilləri nəzərə almağa və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmağa çağrılıb. Ümumilikdə isə kəskin hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi tövsiyə edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026