• Bakı 12° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Nazirlik əhalini qrip əleyhinə peyvənd olunmağa çağırdı

CƏMİYYƏT

08 Fevral 2023 | 15:24

Nazirlik əhalini qrip əleyhinə peyvənd olunmağa çağırdı

“Səhiyyə Nazirliyi bu il ölkəyə qrip əleyhinə peyvəndlər gətirib. Peyvənd olunan şəxslər müəyyən qədər qrip virusundan qorunmuş hesab olunurlar. Onlar qripə yoluxsalar belə, xəstəliyi yüngül keçirirlər”.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov dəyişkən havalarda virusdan qorunmadan danışarkən deyib.

O bildirib ki, ilk növbədə risk qruplarına aid olan şəxslərin – azyaşlıların, hamilələrin, yaşı 65-in üzərində olanların, yanaşı xəstəliyi olanların qrip əleyhinə peyvənd olunması tövsiyə edilir.

T.Eyvazov əlavə edib ki, immun sisteminin yüksək olması üçün sağlam həyat tərzi və düzgün qidalanmaya üstünlük verilməlidir: “Vitaminlərin bol olduğu qida qəbulu vacibdir. İnsan özündə olan xəstəlikləri aşkar etmək üçün hər il tibbi müayinədən keçmək lazımdır. Bu halda ağır fəsadlardan qurtula bilərlər”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR