• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Qobuda hərbi sursat aşkarlandı

CƏMİYYƏT

27 Yanvar 2024 | 11:39

Qobuda hərbi sursat aşkarlandı

Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində hərbi sursat aşkar edilib.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 5 ədəd F-1 əl qumbarası, 5 ədəd UZRQM partladıcısı və 25 ədəd 7x62 mm-lik mərmi olduğu müəyyən edilib. Sursatlar zərərsizləşdirilərək ərazidən kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

 


Qobuda hərbi sursat aşkarlandıQobuda hərbi sursat aşkarlandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026