• Bakı 23° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Qubada qanunsuz kömür quyuları aşkarlandı

CƏMİYYƏT

02 Avqust 2023 | 12:42

Qubada qanunsuz kömür quyuları aşkarlandı

Qubada qanunsuz kömür quyuları aşkar edilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı vətəndaşların qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib.

Qanunsuz kömür istehsal edənlərin rayonun Xanagah və Tüləkəran kənd sakinləri Rahib Şixzadayev və Mürvət Dadaşov olduqları müəyyən edilib.

Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb və aşkar olunan kömür quyuları ləğv olunub.


Qubada qanunsuz kömür quyuları aşkarlandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR