• Bakı C

    9.85 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Qvatemalada atışma - 13 nəfər həlak oldu

DÜNYA

15 Dekabr 2025 | 12:12

Qvatemalada atışma - 13 nəfər həlak oldu

Qvatemalanın qərbindəki Solola departamentinin Nahuala bələdiyyəsində baş verən silahlı toqquşmada 13 nəfər ölüb.

Bakıvaxtı.az "Prensa Libre"ya istinadən xəbər verir ki, Nahuala bələdiyyəsi toqquşmada həlak olanlara görə yas elan edib.

Toqquşma 13 dekabr şənbə günü Nahuala və Santa Catarina İxtahuacan bələdiyyələri arasında mübahisəli sərhəd bölgəsində baş verib. Bazar günü Nahuala şəhərinin mərkəzi parkında qurbanlarla vida mərasimi keçirilib. 

Qurbanların qohumlarının və bələdiyyənin məlumatına görə, qurbanların yaşları 14 ilə 70 arasında dəyişir, onların arasında, ehtimal ki, bir yetkinlik yaşına çatmayan var.

Əli Hüseynov


SON XƏBƏRLƏR

30 Yanvar 2026