PSJ-nin futbolçusu Serxio Ramos zədəsini sağaldıb.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi Fransa Liqa 1-in 10-cu turunda "Anje" ilə matçda oynaya bilər. Bu, baş verəcəyi təqdirdə, Ramos Paris təmsilçisində debüt edəcək.
Qeyd edək ki, ispan futbolçu 2021-ci ilin iyulunda PSJ-yə keçib.
Əlavə edək ki, PSJ - "Anje" görüşü oktyabrın 15-i keçiriləcək.
















