• Bakı 11° C

    5.31 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Ronaldo milliyə çağırılacaq

İDMAN

16 Mart 2023 | 22:46 | Müəllif: Subhan Mahmudov

Ronaldo milliyə çağırılacaq

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo Avro-2024-ün seçmə mərhələsi üçün Portuqaliya millisinə çağırılacaq. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb. Bildirilib ki, Səudiyyə Ərəbistanı çempionatında çıxış edən 38 yaşlı futbolçu Portuqaliya millisinin martın 23-də və 26-da Lixtenşteyn və Lüksemburqa qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsinə daxil ediləcək. 

Ronaldonun Portuqaliya yığması ilə son oyunu DÇ-2022-nin 1/4 finalında Mərakeşə qarşı (0:1) olub. Milliin yeni baş məşqçisi Roberto Martines hücumçunu milliyə çağırmağa hazır olduğunu açıqlamışdı.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026