• Bakı 12° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Ruhəngiz Qasımovanın cənazəsi Azərbaycana gətiriləcək

CƏMİYYƏT

10 Oktyabr 2022 | 16:41

Ruhəngiz Qasımovanın cənazəsi Azərbaycana gətiriləcək

Ötən gün vəfat edən Azərbaycanın Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın cənazəsi Honkonqdan Azərbaycana gətiriləcək.

Bu barədə Bakıvaxtı.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı deyib.

Onun sözlərinə görə, bəstəkarın vəfatı ilə əlaqədar onun Honkonqda yaşayan qızı Canana ilə əlaqə saxlanılıb: "Ruhəngiz xanımın nəşinin Azərbaycana gətirilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsi olaraq bütün lazım olan köməyi göstərməyə hazır olduğumuzu bildirdik. Mərhumun qızı bütün prosedurların mərhələli şəkildə həyata keçirildiyini deyərək, bir-iki günə yola çıxmağı düşündüklərini söylədi”.

Qeyd edək ki, 1940-cı il iyulun 12-də Bakıda anadan olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Noyabr 2026