İrəvanda Rusiya Daxili İşlər Nazirliyinin Ermənistandakı nümayəndəliyinin rəis müavini Vyaçeslav Ponomaryov iş yerində ölüb.
Bakıvaxtı.az xəbər verir ki, məlumat “Sputnik”ə nümayəndəlikdən təsdiqlənib. Ölənin 37 yaşı var idi.
Ölümün səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.
















