• Bakı 7° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Rusiya Donetski atəşə tutdu

DÜNYA

14 Aprel 2022 | 00:19 | Müəllif: Subhan Mahmudov

Rusiya Donetski atəşə tutdu

Donetsk vilayətini rus işğalçılarının atəşə tutması nəticəsində 11 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko məlumat verib.

“Ruslar Çerkasskiyə raket zərbəsi endirib və orada 8 nəfər yaralanıb. Həmçinin Velyka Novoselkada 1 nəfər, Boqatırda isə daha 1 nəfər xəsarət alıb”, - Kirilenko söyləyib.

Bundan əlavə, Kirilenkonun sözlərinə görə, Kamışevatıda 1 yaralı ilə bağlı məlumatı dəqiqləşdirmək mümkün olub.

Bildirilib ki, Mariupol və Volnovaxada qurbanların dəqiq sayını hələlik müəyyən etmək mümkün deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026