• Bakı 21° C

    3.32 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"Rusiya ordusu məhv ediləcək" - Borrell

DÜNYA

13 Oktyabr 2022 | 15:06

"Rusiya ordusu məhv ediləcək" - Borrell

Moskvaya nüvə silahından istifadə ilə bağlı blef etməyə icazə verilə bilməz.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Belçikanın Brügge şəhərində Avropa Diplomatik Akademiyasının açılışında Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib.

“Aydın olmalıdır ki, Ukraynanı dəstəkləyənlər, ABŞ, NATO və Aİ də blef etmir. Nüvə hücumunun cavabı olacaq. Əlbəttə, nüvə cavabı deyil, ancaq Rusiya ordusunu məhv edəcək qədər güclü hərbi cavab olacaq”.

Borrell Kiyevə hərbi dəstəyi davam etdirməyi və mümkün olduqda diplomatik kanallar axtarmağı da qeyd edib.

“Biz indi sülh danışıqlarında etdiyimiz kimi, buna hazır olmalıyıq. Dünyanın müharibəni dayandırması lazımdır”, - Aİ-nin Ali Nümayəndəsi əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026