• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Rusiya Özbəkistanda atom elektrik stansiyası tikəcək

DÜNYA

28 May 2024 | 11:07

Rusiya Özbəkistanda atom elektrik stansiyası tikəcək

Rusiya prezidenti Vladimir Putin Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə atom elektrik stansiyasının tikintisi ilə bağlı müqavilə imzalayıb.

Bakıvaxtı.az "Sabah"a istinadən xəbər verir ki, Özbəkistan prezidenti bu layihəni "həyati" adlandıraraq, ölkəsinin böyük uran ehtiyatlarına malik olduğunu bildirib. 

Putin isə Özbəkistanın nüvə enerjisi bazarında səmərəli işləmək üçün hər şeyi edəcəyini vəd edib.

Qeyd edək ki, Özbəkistanda qurulacaq AES Mərkəzi Asiyada bir ilk olacaq. Layihə çərçivəsində ümumi gücü 330 meqavat olan altı reaktorun tikintisi nəzərdə tutulur. 

Gülşən Şərif
 


SON XƏBƏRLƏR

26 Iyul 2024