• Bakı 23° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Rusiyada neft məhsullarının istehsalı azalıb

CƏMİYYƏT

25 Iyul 2024 | 14:19 | Müəllif: Gülşən Şərif

Rusiyada neft məhsullarının istehsalı azalıb

2024-cü ilin ilk altı ayının nəticələrinə əsasən, Rusiyada neft məhsulları və kokslaşan kömür istehsalı 3,3 faiz azalıb.

Bakıvaxtı.az "İnterfaks"a istinaən xəbər verir ki, bu barədə Rusiya Dövlət Statistika Xidməti (Rosstat) məlumat yayıb.

Məlumata görə, iyunda azalma illik müqayisədə 4,4 faiz, may ayı ilə müqayisədə isə 5,6 faiz təşkil edib. Dizel yanacağının istehsalı 3,1 faiz azalaraq 42,7 milyon tona, iyunda isə azalma 8,1 faizə (may ayı ilə müqayisədə 4,3 faiz) çatıb. 

Bundan başqa, mazutun istehsalı 8,1 faiz azalıb. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026