• Bakı 28° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Rusiyadan 60 mindən çox miqrant qovulub

DÜNYA

02 Noyabr 2024 | 09:16

Rusiyadan 60 mindən çox miqrant qovulub

2024-cü ildə Rusiyadan 60 mindən çox qanunsuz miqrant qovulub. Bu rəqəm 2023-cü illə müqayisədə iki dəfə artıb. Deportasiya qərarı məhkəmə tərəfindən verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Federal Məhkəmə İcraçıları Xidmətinin direktoru Dmitri Aristov bildirib.

2024-cü ilin doqquz ayı ərzində Rusiya vətəndaşlığı olmayan 60 mindən çox insan ölkəni məcburi şəkildə tərk edib. 2023-cü ilin eyni dövründə deportasiya edilənlərin sayı 30 minə yaxın olub.

Rusiyanın baş məhkəmə icraçısı Dmitri Aristovun sözlərinə görə, 2024-cü ildə artıq Rusiya Federasiyasının ərazisində qanuni yaşaya bilməyən xarici vətəndaşların sayı xeyli artıb. Nəticədə qanunsuz miqrantların ölkədən çıxarılması üçün daxili işlər orqanları tərəfindən gücləndirilmiş tədbirlər həyata keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026